Ölkə

Azərbaycan jurnalisti Rusiya Jurnalistlər İttifaqının xüsusi diplomuna layiq görülüb

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

Rusiyanın “Tverskoy kuryer” qəzetinin təşəbbüsü ilə bu həftəlik nəşrin səhifələrində “İttifaq” layihəsi uğurla həyata keçirilib. Redaksiya keçmiş Sovet İttifaqından jurnalistləri qonaq dəvət edib və onlardan necə yaşadıqlarını və nəyə fərəhləndiklərini soruşub. Qəzet “2015-ci il. Mətbuat üçün imkanlar və təhlükələr” media forumu çərçivəsində Rusiya Jurnalistlər İttifaqının ümumrusiya müsabiqəsinin xüsusi diplomuna layiq görülüb.


laureatlardan biri, azərbaycanlı jurnalist Pənah Rüstəmzadə

AZƏRTAC

-a müsahibəsində bildirib ki, mükafat “İttifaq” layihəsinə və mehriban qonşuluq mədəniyyəti tərbiyəsinə və qəzet səhifələrində qarşılıqlı anlaşmaya görə” verilib.


P.Rüstəmzadə deyib: “Məndən başqa, Qalina Petriaşvili (Tbilisi), Liya Oqorodnikova (Kalininqrad), Halima Xuşkadamova (Düşənbə), Vitali Jevnerov (Moskva) və Boris Yulegin (Tallinn) də diploma layiq görülüblər”.