Ölkə

Azərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında imzalanmış sazişin müddəti uzadılıb

Metbuat.az

[ 18 Mart 2015 19:52 ]


Bakı. Fuad Cəfərov – APA. Azərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) arasında imzalanmış sazişin müddəti uzadılıb.

APA-nın Ədliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün nazirliyin binasına Azərbaycan hökuməti ilə BQXK arasındakı sazişin qüvvədə olma müddətinin uzadılması haqqında protokol imzalanıb.

Mərasimdə Ədliyyə Nazirliyinin və BQXK-nın məsul şəxsləri, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər nümayəndələri iştirak ediblər. Sənədi nazir Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran imzalayıblar.