İdman

Azərbaycan güləşçisi Yakutskda bürünc medal qazanıb

Metbuat.az


Bakı, 10 mart,

AZƏRTAC

Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnirdə Azərbaycan millisi 1 medal qazanıb.


AZƏRTAC

xəbər verir ki, yığma komandamızın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə Əfqan Xaşalov (55 kq), Pənah İlyaslı (66 kq) və Turxan Qurbanov (96 kq) mübarizə aparıblar.


Yığmamızın qazandığı bürünc medalı 55 kiloqram çəki dərəcəsində yarışan Əfqan Xaşalov əldə edib. Olimpiya dərəcəli hakim Hicran Şərifov turnirdə Dünya Güləş Birliyinin nümayəndəsi kimi yarışların gedişinə nəzarət edib.