Azərbaycan gimnastları batutda tullanma yarışının təsnifatında ikinci yer tutublar
Azərbaycanlı gimnastlar
Oleq Piunovvə
Səbinə ZaytsevaBakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında batutda tullanma üzrə fərdi yarışların təsnifatında ikinci yeri tutublar.
Trend
-in məlumatına görə, bununla da hər iki idmançı yarışların finalında medallar uğrunda mübarizə aparacaq.
O.Piunovdan başqa, finalda iştirak etmək hüququnu
Ruslan Ağamirovvə
Dmitri Fedorovskiəldə ediblər. Azərbaycan təmsilçisi
Svetlana Makştarovahesabdan kənar çıxış edib.
Kişilər arasında batutda sinxron tullanmada Azərbaycanın iki komandası finalda çıxış etmək hüququ əldə edib. İlya Qrişanin-Oleq Piunov cütlüyü dördüncü, Ağamirov-Fedorovski cütlüyü isə beşinci yerdən finala vəsiqə qazanıblar.
Batutda sinxron tullanmada S.Zaytseva və S.Makştarova müsabiqədən kənar çıxış ediblər.
Azərbaycan komandası aerobika üzrə qrup yarışlarında təsnifatda üçüncü yer tutub və sabah medallar uğrunda mübarizə aparacaq.
Cütlüklər arasında yarışda ikinci yeri tutmuş Azərbaycanın Yekaterina Kotlyarova-Teymur Ələkbərov cütlüyü qızıl medala iddia edəcəklər.
Milli.Az