Dünya

Azərbaycan əslli aktyora ağır itki üz verib

Metbuat.az
Tanınmış aktyor Tamer Karadağlının atası vəfat edib

Türkiyənin tanınmış aktyoru

Tamer Karadağlı

nın atası vəfat edib.



Anspress

-in məlumatına görə, bu barədə xəbəri prodüsser

Birol Güven

sosial şəbəkədəki səhifəsində yayıb.



Aktyorun atasının Ankarada dəfn olunacağı bildirilib.



“Dəyərli sənətkarımız Tamer Karadağlının atasını bu səhər itirdik. Cənazəsi Ankaradan qaldırılacaq. Məlumatları paylaşacağam”, – deyə Birol Güvən "Twitter" səhifəsində bildirib.



Qeyd edək ki, bir çox film və seriallara çəkilmiş Tamer Karadağlı, əsasən, “Çocuklar Duymasın” serialında canlandırdığı Haluk obrazı ilə məşhurlaşıb.



Əslən Türkiyənin Qars vilayətindən olan Karadağlı müsahibələrinin birində babalarının azərbaycanlı olduğunu demişdi.



Milli.Az