Digər

Azərbaycan ərazisində yağmurlu hava şəraiti davam edəcək

Metbuat.az

[ 04 Mart 2015 12:18 ]


Bəzi rayonlarda sulu qar, qar yağacaq

Bakı. Könül Kamilqızı - APA. Martın 5-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal qərb küləyi əsəcək, gündüz arabir güclənəcək..

Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7 isti olacaq.