İdman

Azərbaycan cüdoçuları beynəlxalq Qran-pri yarışlarında üç medal qazanıblar

Metbuat.az

Bakı, 23 mart,

AZƏRTAC

Cüdo üzrə Azərbaycan milli komandası Tbilisidə beynəlxalq Qran-pri yarışlarında üç medal qazanıb.


AZƏRTAC

xəbər verir ki, turnirdə cüdoçularımızdan Rüstəm Orucov (73 kq), Elmaq Qasımov (100 kq) qızıl, Tərlan Kərimov (66 kq) isə bürünc medal qazanıblar.


Azərbaycan millisi ümumi komanda hesabında üçüncü olub. Turnirdə Gürcüstan yığması qalib gəlib. Monqolustan komandası ikinci yeri tutub.