Ölkə

Azərbaycan baş nazirinin müavini Küveytin baş naziri ilə görüşüb

Metbuat.az

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan baş nazirinin müavini Əli Həsənov Küveytin baş naziri Şeyx Cabir əl-Mubarək əl-Həmad əs-Sabah ilə görüşüb.


"Report" "KUNA"ya istinadən xəbər verir ki, görüş bu gün əl-Küveytdə keçirilən Suriya üzrə III Beynəlxalq Donor Konfransı kuluarında baş tutub.


Görüş zamanı tərəflər Azərbaycan və Küveyt arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.