Ölkə

Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısıdır

Metbuat.az

Bakı. 16 mart. REPORT. AZ/ Azərbaycan Avropada əsas silah növlərinin ikinci ən böyük idxalçısıdır. "Report" xəbər verir ki, bu barədə Stokholm Dünya Problemləri Araşdırmaları İnstitutunun dərc etdiyi "Beynəlxalq silah transferində trendlər-2014" adlı hesabatında deyilir. 


Hesabatda dünyanın bir sıra regionlarında 2010-2014-cü il və 2005-2009-cu illər ərzində silah idxalı və ixracı üzrə məlumatların müqayisəli təhlili əks olunub. 


Hesabatda qeyd olunur ki, son 5 il ərzində Avropaya silah idxalı 2005-2009-cu illərlə müqayisədə 36% azalıb. Böyük Britaniya əsas silah növlərinin ən iri idxalatçısıdır, Avropada silah idxalının 14%-i bu ölkənin payına düşür. Azərbaycan II yeri tutur (13%).


 2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə Azərbaycana silahların idxalı 249% artıb.


Verilən məlumata əsasən, Azərbaycana silah idxalının təxminən 85%-i Rusiyanın payına düşür. 


Ermənistan tərəfinin silah idxalı Azərbaycanın idxal etdiyi həcmin 4%-ini təşkil edir. 


İnstitutun ekspertləri bu statistikanı

Dağlıq Qarabağ

münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.