Digər
ANS PRESS
Azərbaycan - Malta 1:0
Bu gün “Avro-2016”nın seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilir.
ANS PRESS-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda Maltanı qəbul edəcək millimiz baş məşqçi Robert Prosineçkinin başçılığı altında ilk rəsmi oyununa çıxır.
Turnir cədvəlinin sonunca pilləsində qərarlaşan komandamız seçmə mərhələdə keçirdiyi dörd qarşılaşmada xala həsrət qalıb.
Millimiz qrupun autsayderlərindən olan Malta ilə görüşdə üç xal qazanmağa çalışacaq.
21:00. Azərbaycan – Malta 1:0 (Birinci hissə)
Qol: Cavid Hüseynov,4
MənbəANS PRESS