Digər
Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək
[ 10 Mart 2015 19:53 ]
Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman naziri Azad Rəhimov martın 12-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Mingəçevir, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Yevlax və Zərdab sakinləri iştirak edəcəklər.
Qəbul saat 11.00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbul üçün vətəndaşlar yuxarıda qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.