Digər

Aytən Səfərova: “Xristianlığa da getmişəm, krişnaizmə də...” (VİDEO)

Metbuat.az

Azərbaycanın ən məşhur aparıcılarından biri dini seçimi ilə bağlı etiraf edib. ANS PRESS-in məlumatına görə, “Salam, Azərbaycan” səhər proqramının məşhur və sevilən teleaparıcı Aytən Səfərova insanların dinə münasibətini izah edərkən özünün də İslamla bağlı fikirlərini bölüşüb.



Məşhur teleaparıcı xristianlığa da, krişnaizmə də getdiyini, sonda İslamı seçdiyini bildirib: “Xristianlığa da getmişəm, krişnaizmə də və sonda özümü dərk edərək İslama qayıtmışam. Bu tamam başqa bir şeydir. Biri var deyirsən ki, mən filan dindəyəm, biri də var sümüyünün iliyi ilə hiss edirsən ki, bu din mənimdir”.



Daha sonra o, hamının müstəqil seçimi olduğunu, heç kimin dini seçiminə, həyatına qarışmadığını sözlərinə əlavə edib. “Hər kəs necə rahatdırsa, elə də yaşamalıdır”.



Qeyd edək ki, bir zamanlar hamını "Kök altı"na salan aparıcı öz yumor hissi, hazırcavablığı ilə seçilir. O, 1998-ci ildən etibarən ANS telekanalı ilə əməkdaşlıq etməyə başlayıb. O, daha çox "Xəbərçi" və "Kök altı" verlişlərindən tanınmağa, sevilməyə başlayıb.



Mənbə
ANS PRESS