Ölkə

Aydın Əliyev vətəndaşları qəbul edəcək

Metbuat.az

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Xızıda vətəndaşları qəbul edəcək.



Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəbul martın 30-da saat 11:00-da Xızı şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyinin binasında (Vüsaqi küç. 28) baş tutacaq.



Qəbul zamanı bölgədə yerləşən rayonların - Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.



Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 29-u saat 11:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mənbə
ANS PRESS