Digər

Axtarışda olan şəxs "ASAN xidmət"də tutulub

Metbuat.az

[ 29 Mart 2015 15:32 ]



Bakı. Fuad Cəfərov – APA. Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan şəxs Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən Azərbaycan Respublikası  Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN) saxlanılıb. Saxlanılan şəxs Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib.