Digər

Avtoqəzada iki nəfər xəsarət alıb

Metbuat.az

Şirvanda avtomobil qəza baş verib.



Milli.Az

APA

-ya istinadən xəbər verir ki, martın 21-i saat 00.30 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində Şirvan sakini, 1993-cü il təvəllüdlü

Abbaslı Ramil Rasim oğlu

sürətlə idarə etdiyi “VAZ 2107” markalı, 42 BU 020 dövlət nömrə nişanlı avtomobili yoldan çıxararaq ağaca çırpıb.



Zərbənin gücündən ağac ikiyə bölünüb. Sürücü və avtomobildə olan sərnişin, Şirvan sakini, 1993-cü il təvəllüdlü

Səmədzadə Babək Bakir oğlu

müxtəlif bədən xəsarətləri alıblar.



Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.



Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.



Milli.Az