Digər
Milli.Az
Avtomobili səkiyə çırpan sürücü yaralanıb
Yevlax şəhəri Nizami prospektində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax şəhəri Rəsulzadə küçəsi, ev 58-də yaşayan
Tahir Tağı oğlu Yusibovidarə etdiyi “VAZ 2103” markalı avtomobili yol kənarındakı səkiyə çırpıb. Bu zaman yüngül xəsarət alan sürücü Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına yerləşdirilib. Avtomobilə ciddi ziyan dəyib. Qəza zamanı avtomobildə olan sərnişin, Yevlax şəhəri Elbrus Məmmədov 137 ünvanında yaşayan
Məhərrəm Rüstəm oğlu Bəkirovxəsarət almayıb. İlkin ehtimala görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.
Milli.Az