Digər
Milli.Az
Avtomobili aşırdı, başı yerə dəyərək öldü
Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhər sakini, 1958-ci il təvəllüdlü
Allahverdi Cəlil oğlu Abbasovsükanı arxasında əyləşdiyi “VAZ-21015” markalı avtomaşınla Mingəçevir Dövlət Dram Teatrının qarşısındakı dairəni dönərkən idarəetməni itirib. Avtomobil dairənin səki daşına çırpıldıqdan sonra aşaraq sürüşüb. Bu zaman sürücünün başı avtomobilin yan pəncərəsindən çıxaraq yerə dəyib. Allahverdi Abbasov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
İlkin ehtimala görə, hadisəyə səbəb avtomobilin sürət həddini aşmasıdır. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Milli.Az