Ölkə

Avtomobil yandı, sürücü xəstəxanadadır

Metbuat.az

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yanğınla nəticələnən yol qəzası nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.



ANS PRESS Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, yanğınsöndürənlər hadisə yerinə çatana kimi bədən xəsarətləri almış sürücü Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb.



Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə
ANS PRESS