Digər

Avtomobil kanala düşdü: sürücü boğuldu - FOTO

Metbuat.az

Salyan rayonunda yol qəzası baş verib.



Nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb. Hadisə ötən gün axşam saatlarında rayonun Seydan kəndi ərazisində qeydə alınıb.



Milli.Az CTV-yə (Region TV) istinadən bildirir ki, 27 yaşlı

Mirteymur Abıyev

sükanı arxasında olduğu "VAZ - 2106" markalı avtomobillə Salyan-Şirvan yolu istiqamətidə hərəkətdə olarkən anidən idarəetməni itirib.



Nəticədə avtomobil yolun kənarındakı kanala düşüb. Hadisə zamanı sürücü tək olduğundan avtomobilin içərisində suda boğularaq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.



Milli.Az