Dünya

Avtobus konteyner daşıyan yük maşını ilə toqquşdu: 41 ölü

Metbuat.az
Tanzaniyada avtobusun konteyner daşıyan yük maşını ilə toqquşması nəticəsində ən azı 41 nəfər ölüb.
 
Milli.Az bildirir ki, Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qəza zamanı 23 sərnişin müxtəlif dərəcəli xəsarət alıb.
 
Toqquşma nəticəsində konteyner içərisində 60-dan çox sərnişinin olduğu avtobusun üzərinə düşüb.
 
Yerli polisin məlumatına əsasən, ölənlərin sayı arta bilər.

Milli.Az