Ölkə

Avtobus dərəyə aşdı, 11 ölü

Metbuat.az

Venesuellada ağır yol qəzası baş verib. ANS PRESS-in "İhlas" xəbər agentliyinə istinadla verdiyi məlumata görə, sərnişin avtobusu dərəyə yuvarlanıb.


Qəza nəticəsində ilkin məlumata görə, 11 nəfər ölüb, 36 sərnişin isə yaralanıb.



Qəzaya səbəb sürücününü idarəetməni itirməsi olub. Nəzarətdən çıxan avtobus aşıb.


Hadisə paytaxt Karakasın şimalındakı Araqua rayonunda qeydə alınıb.



Ölkə rəsmiləri qəza zamanı ölənlər arasında sürücünün olduğunu d bildirblər. Hələlik sürücünün idarəetməni nə üçün itirdiyi bəlli deyil.



Hadisə ilə bağlı aradırma və xilasetmə işləri davam edir.

Mənbə
ANS PRESS