Avtobus "Azneft"də belə qəza törətdi (VİDEO)
Bakıda yol hərəkəti qaydalarını pozaraq qəza törədən ictimai nəqliyyatın əks olunduğu video yayılıb. ANS PRESS-in məlumatına görə, hadisə 193 saylı marşrut avtobus sürücüsünün sağdan hərəkət edən avtomobillərin yoluna çıxması nəticəsində baş verib.
Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları ilə qeydə alınan bu yol qəzası Bakının "Azneft" meydanında baş verib. Videodan da göründüyü kimi, 193 saylı marşrut avtobusu dairədə hərəkətdə olarkən sağdan gələn nəqliyyat vasitələrinin yoluna çıxır və qəza baş verir.
Qeyd edək ki, 193 saylı marşrutun "Binə" ticarət mərkəzinin direktoru Kəbirə Məmimədovaya məxsus olduğu bildirilir. Son illər ən çox narazılıq olan marşrutlardan biri də məhz 193 saylı marşrutdur. Bu marşrutdakı avtobusların əksəriyyətinin aylarla ödənilməyən cərimələri də var.
Avtosfer.az