Ölkə
Mənbə
ANS TV
Avropa Oyunlarının bütün xərclərini biz ödəyəcəyik (VİDEO)
Avropa Oyunları zamanı xərclərin Azərbaycan tərəfindən qarşılanması normal haldır.
ANS TV-nin məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O Bakı 2015 Yay Avropa Oyunlarında iştirak edəcək idmançıların xərclərinin Azərbaycan tərəfindən qarşılanacağı məsələsinə aydınlıq gətirib.
“Bütün Olimpiya oyunları zamanı idmançıların yol və qalma xərcləri təşkilat komitəsi tərəfindən qarşılanır. Bu tam normal haldır. Bu bütün kontraktların hamısınıda qeyd olunub. Buna görə də bu oyunlarda biz təşkilatçı tərəf kimi bütün xərcləri qarşılayacağıq. Bizim bir uğurumuz ondan ibarətdir ki, oyunlardan bilet satışından əldə edilən vəsaiti Azərbaycan heç kimlə bölməyəcək”-deyə Çingiz Hüseynzadə bildirib.
ANS TV