"Avropa oyunlarına qarşı kampaniyanın arxasında erməni lobbisi durur"
"Təəssüflər olsun ki, bəzi korrupsioner beynəlxalq təşkilatlar işə salınıb və Azərbaycan onların qarşısına hədəf kimi qoyulub. Bu cür şeyləri biz "Eurovision" öncəsi də görmüşdük".
Milli.Az xəbər verir ki, bu sözləri
Day.Azsaytına açıqlamasında milli məclisin üzvü
Fuad MuradovAvropa oyunların qarşı aparılan qara piar kampaniyasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu cür kampaniyalar Azərbaycana qarşı yönəlib. Onların əsas məqsədi ölkəmizin zəiflədilməsi, beynəlxalq qrupların əmrlərinə ram edilməsidir.
"Təbii ki, biz hər şeyi anlayırıq. Hamıya məlumdur ki, bu cür kampaniyaların arxasında nə dayanır. Bu, erməni lobbisi və korrupsiyaya bulaşmış beynəlxalq təşkilatlardır. Azərbaycan rəhbərliyi də, cəmiyyət də bunu başa düşür. Buna qarşı duracağıq", - deyə o əlavə edib.
Milli.Az