Digər

Avropa liderləri ilk onluğa girə bilmədi

Metbuat.az

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “twitter”də 5 milyon 969 min təqibçi ilə dünya liderləeri arasında 3-cü yerdədir. ANS PRESS-in məlumatına görə, bu istiqamətdə aparılan araşdırmanın nəticələri Fransanın “Le Journal de Dimanche” qəzetində nəşr olunub.



Bildirilir ki, 55 milyon 844 min təqibçi sayı ilə bu siyahıya ABŞ prezidenti Barak Obama liderlik edir. Siyahının ikinci pilləsində isə 10 milyon 482 min təqibçi ilə Hindistanın baş naziri Narendra Modi qərarlaşıb.



ABŞ prezidenti dünyada ən çox təqibçisi olan Keti Perri və Castin Bieberdən sonra 3-cü yüedədir. Perrinin 66.4 milyon, Bieberin 61.2 milyon təqibçisi var. Obamanın təqibçi sayı ABŞ əhalisinin 17 faizini təşkil edir. Bu rəqəmlər həm də siyasətçilərin xalqı tərəfindən nə qədər dəstəklənməsi barədə işarələr də verir. Keçmiş populyarlığını itirən Fransa prezidenti Fransua Ollandı ölkə əhalisinin sadəcə 1.3 faizi təqib edir.



Katolik dünyasının ruhani lideri papa Franksis bütün bəşəriyyət və xristian dünyası üçün verdiyi mesajları “twitter”də paylaşır. Papa ənənəvi din adamı çərçivəsindən çıxaraq texnalogiya arasını yaxşı saxlayır və bu sayədə populyarlığını çoxaldır. Papaya populyarlıq qazandıran başqa bir özəllik isə onun mesajlarını birdən artıq dildə yazmasıdır. Papa mikrobloqda ispanca, ingiliscə, almanca, ərəbcə, fransızca, italyanca, portuqalca və polyakca olmaqla 8 dildə yazır.



Siyasətçilərin ilk onluğunda latın amerikası liderləri əksəriyyəti təşkil edir. İtaliyanın baş naziri Renzi bu siyahıda 14-cü, İngiltərənin baş naziri Devid Kameron isə 17-ci sıradadır. Almaniya kansleri Anqela Merkelin hələlik “twitter” səhifəsi yoxdur.



1. ABŞ prezidenti Barak Obama


2. Hindistan baş naziri Narendra Modi


3. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan


4. Vatikan lideri papa Franksis


5. Meksika prezidenti Enrique Pena Nieto


6. Kolumbiya prezidenti Xuan Manuel Santos


7. Argentina prezidenti Kristina Fernandez de Kirşner


8. Braziliya prezidenti Dilma Russeff


9. İndoneziya prezidenti Coko Vidodo


10. Filipin prezidenti Noynoy Beniqno Akino


Mənbə
ANS PRESS