Ölkə
Atletlərimiz "Qran Pri" turnirində 2 medal qazandı
Tunisdə atletika idman növü üzrə keçirilən Tunis Qran Pri turnirinin ilk günündə iştirak edən idmançılarımız 1 qızıl və 1 gümüş medal qazanıblar.
Lent.az-ın məlumatına görə, nüvə atma idman növündə 13.63 m nəticəylə Rasim Babayev 1-ci, disk atma idman növündə 42.37 m nəticəylə Mehman Ramazanov 2-ci yerin sahibi olublar.