Digər

ATƏT yoxlamaya gedir

Metbuat.az
Təmas xəttində monitorinq keçiriləcək

Milli.Az

Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 1-də Tovuz rayonunun Koxanəbi kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.


Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.



Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və Saymon Tiller keçirəcəklər.



Milli.Az