Ölkə

​ATƏT sədrinin xüsusi nümayəndəsi Ermənistanın müdafiə naziri ilə görüşüb

Metbuat.az

Bakı. 28 mart. REPORT.AZ/ Ermənistanın müdafiə naziri Seyran Ohanyan İrəvanda

ATƏT

-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiklə görüşüb.


"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistan

Müdafiə Nazirliyi

nin mətbuat xidməti məlumat yayıb.


Görüşdə tərəflər son günlər təmas xəttində baş verən hadisələri müzakirə ediblər.


A.Kaspşik vəziyyətin sabitləşməsi üçün səlahiyyətləri daxilində bütün imkanlardan istifadə edəcəyini deyib.