Dünya
ATƏT: "Özbəkistan MSK seçki prosesində şəffaf və qanun çərçivəsində fəaliyyət göstərib"
Bakı. 30 mart. REPORT.AZ/ "Özbəkistanda prezident seçkisi rəqabət şəraiti olmadan keçirilib".
"Report" "TASS"a istinadən xəbər verir ki,
ATƏT-in Demokratik İnsititutlar və İnsan Haqları üzrə Bürosu bu qənaətə gəlib.
ATƏT təmsilçiləri bildirib ki, Özbəkistan
Mərkəzi Seçki Komissiyasıseçki prosesində "şəffaf və qanun çərçivəsində" fəaliyyət göstərib.
Son məlumata əsasən, səsvermədə 91,01%, yaxud 18 milyon 928 min 237 seçici iştirak edib. Gün ərzində isə seçkinin ilkin nəticələrinin açıqlanacağı gözlənilir.