Ölkə

ATƏT-in xüsusi nümayəndəsi insan alveri ilə mübarizədə Azərbaycanın səylərini yüksək qiymətləndirib

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Mədinə Yarbuzinova insan alverinə qarşı mübarizədə Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib.


ATƏT-dən

AZƏRTAC

-a daxil olan məlumatda bildirilir ki, 4 gün Azərbaycanda olan M. Yarbuzinova ATƏT-in insan alveri ilə mübarizə üzrə tövsiyələrinin yerinə yetirilməsini dəyərləndirib.


“Mən xüsusilə qeyd etmək istəyirəm ki, son dövrlər qəbul edilmiş qanunlar dövlətin insan alveri ilə mübarizədə səmərəliliyini daha da yüksəldib”, - deyə xüsusi nümayəndə bildirib. O əlavə edib ki, insan alveri və məcburi əməyə qarşı cinayət məsuliyyətinin sərtləşdirilməsi, insan alveri qurbanlarının öz ölkələrinə qaytarılması ilə bağlı qaydaların qəbul olunması Azərbaycan qanunvericiliyində əsas dəyişikliklərdən olub.


Məlumatda ATƏT-in bu istiqamətdə Azərbaycan dövləti ilə yüksək səviyyəli əməkdaşlığı davam etdirdiyi və ölkəmizə hər cür dəstək veriləcəyi qeyd olunur.


M. Yarbuzinova Azərbaycana səfəri zamanı nazirlər, komitə sədrləri, QHT rəhbərləri ilə görüşlər keçirib.