Dünya

ATƏT-in Ukraynadakı motironiq missiyası bir il uzadıldı

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

ATƏT-in daimi şurası martın 12-də Vyanada keçirilən iclasında Ukraynada xüsusi monitorinq missiyasının 2016-cı il martın 31-dək uzadılması haqqında razılaşdırılmış qərar qəbul edib. Zərurət yarandığı təqdirdə missiya genişləndirilə bilər.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, missiyanın bir illik maliyyələşməsinə müntəzəm büdcədən 65 milyon avro ayrılacaq. Könüllü üzvlük haqlarının həcmi isə 20 milyon avro təşkil edə bilər.


Hazırda missiyanın tərkibi 500 nəfərdən ibarətdir. Onların 350 nəfərə yaxını Ukraynanın cənub-şərqində fəaliyyət göstərir. Missiyanın mənzil-qərargahı Kiyevdə yerləşir, on şəhərdə isə nümayəndəliyi var.