Ölkə

ATƏT Bakıya qiymət verdi

Metbuat.az

ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Mədinə Yarbuzinova insan alverinə qarşı mübarizədə Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib.



ATƏT-dən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, 4 gün Azərbaycanda olan M. Yarbuzinova ATƏT-in insan alveri ilə mübarizə üzrə tövsiyələrinin yerinə yetirilməsini dəyərləndirib.



“Mən xüsusilə qeyd etmək istəyirəm ki, son dövrlər qəbul edilmiş qanunlar dövlətin insan alveri ilə mübarizədə səmərəliliyini daha da yüksəldib”, - deyə xüsusi nümayəndə bildirib. O əlavə edib ki, insan alveri və məcburi əməyə qarşı cinayət məsuliyyətinin sərtləşdirilməsi, insan alveri qurbanlarının öz ölkələrinə qaytarılması ilə bağlı qaydaların qəbul olunması Azərbaycan qanunvericiliyində əsas dəyişikliklərdən olub.



Məlumatda ATƏT-in bu istiqamətdə Azərbaycan dövləti ilə yüksək səviyyəli əməkdaşlığı davam etdirdiyi və ölkəmizə hər cür dəstək veriləcəyi qeyd olunur.



M. Yarbuzinova Azərbaycana səfəri zamanı nazirlər, komitə sədrləri, QHT rəhbərləri ilə görüşlər keçirib.

Mənbə
ANS PRESS