Digər

Atəşkəs bir neçə istiqamətdə pozulub

Metbuat.az

Cəbhə xəttində düşvən tərəf atəşkəsi pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 14-də saat 10.35-dən 10.50-dək, 11.15-dən 11.20-dək, 18.55-dən 19.05-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, İjevan rayonu Berkaber və Azatamut kəndləri ərazisində, Noyemberyan rayonu Voskepar və Voskevan kəndləri ərazisində yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin Tovuz rayonun Əlibəyli kəndi, Qazax rayonun Qızılhajılı, Jəfərli, Quşçu Ayrım kəndləri ərazisində və adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 17.05-dən 17.10-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.05-dən 17.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.15-dən 18.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.55-dən 18.05-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.05-dən 19.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 21.10-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.55-dən 23.10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 00.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, noyabrın 15-də saat 00.30-dan 00.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.


Eldar SABİROĞLU
polkovnik-leytenant
MƏTBUAT XİDMƏTİNİN RƏİSİ