Dünya

Atəşdən qorunmaq üçün bunu da etdilər - FOTO

Metbuat.az
Suriyada böyüklüyünə görə ikinci şəhər olan Hələbdə üsyançılarla prezident Bəşər Əsədə sadiq qüvvələr arasında döyüşlər səngimir.
 
Dünya tarix və mədəni irsinin incilərindən sayılan şəhər xarabazara çevrilməkdədir.
 
Sakinlər isə snayper atəşlərindən qorunmaq üçün ən müxtəlif yollara əl atırlar.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, küçələrdən birində sakinlər 3 sərnişin avtobusunu şaquli qoyaraq snayperlərdən qorunmağa çalışırlar.
 
Suriyada vətəndaş müharibəsi başlanandan, yəni 2011-ci ildən bəri Hələbdəki döyüşlərdə 31 mindən artıq suriyalı həlak olub.
 
Milli.Az