Atambayev Bakıya gəlir
Qırğızıstan prezidenti və Maltanın baş naziri III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
Trend-ə verilən məlumata görə, Qırğızıstan prezidenti
Almazbek Atambayevvə Maltanın baş naziri
Cozef MuskatIII Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Bu məqsədlə hər iki dövlət və hökumət başçısının aprel ayının sonunda Azərbaycana səfəri planlaşdırılır.
Səfər çərçivəsində A.Atambayev və C.Muskatın III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirakı ilə yanaşı, bır sıra rəsmi görüşləri də gözlənilir.
Qeyd edək ki, III Qlobal Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 27-30 Bakıda keçiriləcək. Tədbirdə onlarla ölkədən sabiq və hazırkı dövlət, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, ekspertlər, alimlər olmaqla 350 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulub.
Forumda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlərini geniş müzakirə ediləcək.
Milli.Az