Digər

Astarada polisi yaraladılar

Metbuat.az

Astara rayonunda polisə hücum edilib. Daxili İşlər Nazirliyindən

Milli.Az

-a verilən məlumata görə, martın 30-da saat 12 radələrində Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı

Ayaz Hüseynov

xidmətdə olarkən özünü şübhəli aparan, “KİA” markalı avtomobilin sürücüsü

Seymur Əliyev

ə yaxınlaşıb və sənədlərini tələb edib.



Tabe olmayan S. Əliyev avtomobili hərəkətə gətirib və A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra maşından düşərək hadisə yerini tərk edib. A. Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram amfetamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb. Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.



Gülər
Milli.Az