Ölkə

AŞPA həmməruzəçiləri Azərbaycana səfərlərinin yekunları ilə bağlı nəticələri açıqlayıblar

Metbuat.az

[ 18 Mart 2015 16:46 ]


Bakı. Mübariz Aslanov - APA. AŞPA-nın həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski, o cümlədən Dağlıq Qarabağ məsələsi üzrə həmməruzəçi Robert Volter qurumun ötən gün keçirilən komitə iclasında Azərbaycana səfərlərinin nəticəsi ilə bağlı çıxış ediblər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, onlar Azərbaycanla bağlı çıxışlarında iki əsas məsələyə toxunublar.

O qeyd edib ki, bunlardan biri başqa region dövlətləri ilə müqayisədə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və bu istiqamətdə gözə çarpan işlərin görülməsidir: “İkincisi isə Azərbaycanın tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarına ev sahibliyi etməsi ərəfəsində ölkədə təşkilatı, yenidənqurma işlərinin görülməsidir. Onlar bunu vacib amil kimi qiymətləndirdilər. Təbii ki, onlar başqa sahələrdə - insan haqları, demokratiya, qanunun aliliyi ilə bağlı məsələləri də gündəmə gətirdilər. Bu məsələdə isə Azərbaycan tərəfdən Avropa Şurası ilə konstruktiv əməkdaşlıq etməsi niyyətinin olduğu bildirildi.  Biz buna hazır olduğumuzu bildirdik”.