Dünya
Asiya “siyasi pələngi” nin atası vəfat edib
Bakı, 23 mart,
AZƏRTACSinqapurun ilk baş naziri Li Kuan Yu vəfat edib.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə onun oğlu, Sinqapurun hazırki Baş naziri Li Syan Lun məlumat verib. 91 yaşlı Li Kuan Yu Sinqapur möcüzəsinin atası sayılırdı. Vaxtilə “üçüncü dünyanın” ən geridə qalmış bölgələrindən biri olan Sinqapur onun dövründə “gələcəyin şəhərinə” çevrilib.
Sabiq baş nazir fevral ayında sətəlcəmin ağır forması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun sağlamlıq durumu ilə bağlı xəbərləri bütün ölkə böyük həyəcanla izləyirdi.