İdman

"Arsenal" rəhbərliyindən 100 min istənilir

Metbuat.az

"Arsenal"ın hücumçusu

Teo Uolkott

klubla müqaviləsini yeniləmək üçün şərt irəli sürüb. Milli.Az

goal.az

-a istinadən xəbər verir ki, ingilis futbolçu məvacibinin artırılmasını istəyir. O, həftəyə 100 min funt tələb edir. "Arsenal" buna razılaşsa, Uolkott komandanın ən ödənişli üzvlərindən olacaq. Cari müqavviləyə görə onun maaşı həftədə 90 min funt təşkil edir.



Qeyd edək ki, 25 yaşlı oyunçu bir müddət öncə "Arsenal"la 5 illik yeni müqavilə imzalamaqdan imtina etmişdi. Onun xidmətlərində "Liverpool"un da maraqlı olduğu deyilir. "Mersisaydlılar" Rahim Sterlinqin başqa kluba transferini nəzərə alıb onun mövqeyinə indidən potensial əvəzləyici axtarır.



Milli.Az