Ölkə
Mənbə
ANS PRESS
"Armada" da yaralanan azərbaycanlıdan xəbər var
"Kazan şəhərində baş verən yanğında xəsarət alan azərbaycanlının vəziyyəti yaxşıdır".
Bunu ANS PRESS-ə Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov deyib. O bildirib ki, “Admiral” ticarət mərkəzindəki yanğın zamanı yaralanan Salam Bəxtiyar oğlu Tağıyevin ayağı sınıb.
"O hazırda xəstəxanada müalicə olunur. Vəziyyəti yaxşıdır və həyati təhlükəsi sovuşub", - deyə Ziyafət Qasımov söyləyib.
Xatırladaq ki, azərbaycanlı sahibkar Hüseyn Qəhrəmanova məxsus “Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın zamanı 17 nəfər ölüb. Ölənlər arasında iki azərbaycanlı da olub.
Onların cənazələri öz Vətənlərində torpağa verilib.
Mənbə
ANS PRESS