Dünya

Argentinada iki helikopterin toqquşması nəticəsində Olimpiya çempionu da daxil olmaqla, 8 Fransa vətəndaşı ölüb - FOTO

Metbuat.az

[ 10 Mart 2015 10:06 ]


Bakı – APA. Argentinada iki helikopterin toqquşması nəticəsində ölən 10 nəfərin arasında fransalı idmançılar, o cümlədən üzgüçülük üzrə Olimpiya çempionu Kamil Muffa (Camile Muffat) da var.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ölənlərdən 8-i Fransa vətəndaşlarıdır. K. Muffa ilə birlikdə boksçu Aleksis Vastin (Alexis Vastine) və yaxtaçı Florens Arto (Florence Arthaud) da ölüb.   

Hadisə martın 9-da paytaxt Buenos Ayresdən 1170 km şimal-qərbdə, La-Rioha əyaləti ərazisində baş verib. 100 metrə yaxın hündürlükdə iki helikopter toqquşub. Helikopterlərin sərnişinləri ekstremal şəraitdə yaşamağa həsr olunmuş reality-şounun iştirakçıları olub.