“Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş respublika müşavirəsi keçirilir
Bakı, 6 mart,
AZƏRTAC
Martın 6–da Kənd Təsərrüfatı Nazirliyində “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş respublika müşavirəsi keçirilir.
Müşavirdə nazirliyin məsul işçiləri, “Aqrolizinq” ASC-nin, rayon aqroservis filiallarının rəhbərləri, alimlər, texniki nəzarət müfəttişləri iştirak edirlər.
Nazir Heydər Əsədov çıxış edərək kənd təsərrüfatının inkişafından, “Aqrolizinq” ASC-nin fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb.
Məlumat verilib ki, ötən il cəmiyyət tərəfindən 3345 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası 1929 nəfər hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Hesabat dövründə 38,8 min ton mineral gübrələrin və 3,63 ton pestisidlərin güzəştli satışı təmin edilib.
Müşavirədə lizinq müqavilələrinin şərtlərinin yerinə yetirilməsi, o cümlədən lizinqə verilmiş texnikalardan istifadəyə görə ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi, hər bir texnika üzrə uçot sisteminin düzgün aparılması və digər məsələlər müzakirə edilir.