Aprelin ilk gününə hava proqnozu
Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında aprelin 1-də temperatur gecə 3-5˚, gündüz 7-10˚ isti olacaq.
Azərbaycanın rayonlarında da aprelin 1-də havanın əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağış yağacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Aran rayonlarında temperatur gecə 0-5˚, gündüz 8-13˚ isti, dağlarda gecə 0-5˚, yüksək dağlıq ərazilərdə 10-15˚ şaxta, gündüz 3-8˚ isti olacaq.
MənbəANS PRESS