Dünya

Apple öz “ağıllı saat”ını bazara çıxarmağa hazırlaşır

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

ABŞ-ın San-Fransisko şəhərində Apple kompaniyasının yeni layihələrinə həsr olunmuş təqdimat mərasimi keçirilib. Mərasimdə kompaniya yeni məhsulu olan “ağıllı saat”ın (Smartwatch) istehsalına və satışına başlayacağını elan edib.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, bu saat özündə Apple smartfonunun bütün funksiyalarını daşıyır. Onun köməyi ilə sosial şəbəkələrə daxil olmaq, xəbərlərə baxmaq, SMS oxumaq və zəngləri qəbul etmək mümkündür.


Qurğu əlavə qidalanmaya qoyulmadan 18 saata qədər işləyə bilir. “Ağıllı saat”ların qiyməti ekranın iriliyindən, korpus və qayışın materialından asılı olaraq 349 dollardan 10 min dollara qədər dəyişəcək. ABŞ-da “ağıllı saat”ların satışına aprelin 24-dən etibarən başlanılacağı bildirilir.


Qeyd edək ki, Apple bu sahədə yenilik etməyib: “ağıllı saat”lar artıq iki ildir ki, kompaniyanın əsas rəqibi olan Samsung da daxil olmaqla bir çox istehsalçılar tərəfindən hazırlanır.