Dünya
ANS PRESS
AP-nin erməni təəssübkeşliyi
Avropa Parlamenti Avropa İttifaqı üzvü olan dövlətləri 1915-ci il erməni deportasiyasını “soyqırım” olaraq qəbul etməyə çağırıb.
ANS PRESS-in məlumatına görə, Avropa Parlamenti tərəfindən ötən gün Strasburqda yekdilliklə qəbul edilən “Dünyada insan haqlarının vəziyyəti və Aİ-nin bu mövzudakı siyasəti” adlı hesabatda ittifaqa daxil olan dövlətlərə 1915-ci il erməni deportasiyasını “erməni soyqırımı” olaraq hüquqi planda tanımaları istənilib.
Qərarda həmçinin, Aİ dövlətləri və qurumlarından "erməni soyqırımının" tanınmasında köməyini əsirgəməmək tələb edilib.
Qeyd edək ki, ötən günlərdə parlamentdə olan radikal sağçılar da belə bir təkliflə çıxış etmişdilər. Onlar arasında fransız milliyyətçi partiya lideri Marine Le Pen də var.
MənbəANS PRESS