Dünya
Mənbə
Euronews
Anti-terror əməliyyatının kadrları yayıldı VİDEO
Tunisdə bir müddət əvvəl “Bardo” muzeyinə edilən terror hücumu zamanı silahlılara qarşı keçirilən əməliyyatların ekskluziv kadrları yayılıb.
Əməliyyatlar zamanı Tunisin çevik polis alayı 2 silahlını zərərsizləşdirmişdi.
Kadrlarda polislərin muzeydə saxlanılan turistləri təxliyə etməsini və daha sonra silahlıların meyitlərini görmək mümkündür. Sonda polislər silahlılar üzərində qələbəni qeyd edirlər.
Tunisin daxil işlər nazirliyi hücumda biri əl-Qaidə olmaqla iki radikal qruplaşmadan 23 nəfərin iştirak etdiyini deyib. Şübhəlilərin əksəriyyəti həbs olunub.
Hücum zamanı əksəriyyəti avropalı turist olmaqla 21 nəfər ölmüşdü.
Euronews