Dünya

Amsterdam aeroportu güclü külək səbəbindən 80-dək reysini ləğv edib

Metbuat.az

Bakı, 31 mart,

AZƏRTAC

Martın 31-də Niderlandın paytaxtı Amsterdam şəhərindəki Schiphol aeroportunda sürəti bəzi hallarda saatda 120 kilometrə çatan güclü külək səbəbindən 80-ə qədər reys ləğv olunub.


AZƏRTAC

RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, aeroport nümayəndəsinin Reuters agentliyinə verdiyi məlumata görə, gün ərzində ləğv edilən reyslərin sayının artacağı istisna olunmur. Onun sözlərinə görə, bu tədbirlər əsasən Avropadan gələn reyslərə təsir edib.


Bundan başqa, Rotterdam şəhərinin limanının da qismən bağlandığı, bu qərarın təhlükəsizlik tədbirləri ilə bağlı qəbul olduğu bildirilir. Güclü külək səbəbindən, həmçinin iki konteyner terminalının fəaliyyəti dayandırıb.