Ölkə
Mənbə
ANS PRESS
Amerika silahları Kiyevdə
Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevə təyyarə ilə gətirilən Amerika hərbi maşınlarının birinci partiyasını qarşılayır.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti xəbər yayıb.
Bu münasibətlə təşkil olunan tədbir "Borispol" hava limanında bu gün yerli vaxtla saat 13:40-da başlayıb.
Hərbi texnikanın ilk partiyası HMMWV (Xamvi) amerika hərbi avtomobillərindən ibarətdir.
Xatırladaq ki, Ukrayna bir müddət əvvəl Avropa İttifaqının 11 ölkəsi ilə hərbi texnikanın və silahların çatdırılması haqqında müqavilə imzalayıb.
Mənbə
ANS PRESS