Ölkə

AMEA-nın Yer Elmləri Bölməsinin iclasında bir sıra məsələlər müzakirə edilib

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.


AMEA-dan

AZƏRTAC

-a bildiriblər ki, iclasda bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər barədə məlumat verib.


Tədbirdə “Neft və qaz yataqlarının axtarışı və işlənilməsi üzrə komissiya”nın yaradılması, AMEA-nın 70 illik yubileyi ilə əlaqədar nəşrlərin hazırlanma vəziyyəti, bu il üçün Yer elmləri sahəsində akademik Musa Əliyev adına mükafat üzrə müsabiqənin elan edilməsi məsələlərinə baxılıb.


Coğrafiya İnstitutunda 2013-cü il üzrə elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunanların dissertasiya mövzuları müzakirə edilib.