AMEA: Avropa və Asiya sərhəddinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyası keçiriləcək
[ 12 Mart 2015 10:24 ]
Bakı. Könül Kamilqızı – APA. Avropa və Asiya sərhəddinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyası keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti, Rusiyanın müdafiə naziri Sergey Şoyqun Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun müraciətinə cavab məktubu göndərib.
Cavab məktubunda bildirilib ki, Azərbaycan və Qafqaz daxilində ekspedisiyanın keçirilməsi haqqındakı təklif Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən dəstəklənir: “Biz həmin ekspedisiyanı Rusiya Coğrafiya Cəmiyyətinin “Avrasiyanın çöllər aləmi” layihəsi üzrə tədbirlər sırasına daxil etməyi təklif edirik. Bu layihənin Rusiya tərəfindən həyata keçirilməsi Cəmiyyətin vitse-prezidenti A.A.Çibilyova həvalə olunub”.
Sonda vitse-prezident Rusiya və Azərbaycan cəmiyyətləri arasında gələcək uğurlu və məhsuldar əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, R.Məmmədovun S.K.Şoyqunun göstərişi ilə Avropa və Asiya sərhəddinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyasının təşkili və keçirilməsinə köməklik göstərmək haqqındakı müraciətinə Rusiya Coğrafiya Cəmiyyətinin birinci vitse-prezidenti, akademik N.S.Kasimov baxıb.